Lionel Messi seçim qarşısındadır. “İnter Mayami”, “Əl Hilal” və “Barselona”dan təklif alan argentinalı tezliklə qərarını verməlidir.

Futbolinfo.az xəbər verir ki, PSJ-dən ayrılan dünya çempionu özü “Barselona”ya getmək istəyir. Amma maliyyə şərtlərinin qaneedici olmaması üzündən o, Səudiyyə Ərəbistanında görünməyə meyllidir. Futbolçunun atası və meneceri olan Xorxe Messi də ərəblərin təklifinin dəyərləndirilməsinin tərəfdarıdır. Leonun “Əl Hilal”da bir milyard avro qazanmaq şansı onun üçün cəlbedici görünür.

Lakin Messinin həyat yoldaşı fərqli fikirdədir. Antonella futbolçunun ABŞ-a köçməsində israr edir. O, yaşamaq üçün bu ölkənin daha əlverişli olduğunu düşünür. Yekin qərar yaxın bir həftədə bilinməlidir.

Shares: