2023/24 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK növbəti oyunçu keçidini reallaşdırıb.

Futbolinfo.az xəbər verir ki, sözügedən komanda son mövsümü “Kəpəz”də keçirmiş qapıçı Orxan Sadıqlı ilə 2 illik anlaşma əldə edib.

Qeyd edək ki, Orxan Sadıqlı 2018/19 mövsümündə “Sumqayıt” FK-nın şərəfini qoruyub (2 oyun). 30 yaşlı qapıçı karyerası ərzində “Xəzər Lənkəran”, “İnter” və “Zirə”nin də uğurları üçün də çalışıb.

Xatırladaq ki, Orxanın “Sumqayıt”a qayıdacağı barədə xəbəri “Futbolinfo” daha öncə yazmışdı.

Shares: