“Milan”ın sahibi Cerri Kardinale klubdan qovulan idman direktoru Paolo Maldiniyə yeni vəzifə təklif edib. Sabiq futbolçuya məsləhətçi postu məsləhət bilinib.

Futbolinfo.az xəbər verir ki, Paolo razılşacağı halda klubun strateji qərarlarında rol oynaya bilməyəcəkdi. Bu üzdən Maldini təklifdən həmən imtina edib.

Maldininin qovulmasına səbəb olan olayın təfərrüatları da bir-bir bəlli olur. Kardinale onun yeni mövsümlə bağlı inqilabi qərarlarını bəyənməyib. Sən demə, Paolo baş məşqçi Srefano Piolinin qovulmasını, onun yerinə Andrea Pirlonun gətirilməsini istəyirmiş.

Shares: