Atletika üzrə Azərbaycan milli komandasının bu il Polşada keçiriləcək 3-cü Avropa Oyunları üçün heyəti bəlli olub.
Futbolinfo.az xəbər verir ki, yığmanın heyətinə 15 idmançı dəvət edilib.
Yarışda Nazim Babayev, Fəxriyyə Tağızadə (hər ikisiUzunluğa tullanma), Aleksis Kopello, Yekaterina Sarıyeva (hər ikisi üç təkanla tullanma), Anna Skidan (çəkic atma), İsmayıl Əliyev (nüvə itələmə / lövhə atma), Əlhəm Nağıyev (100 m / 200 m / 4×100 m / 4×400 m məsafəyə qaçış), Lamiyə Vəliyeva (100 m / 200 m / 400 m məsafəyə qaçış), İlahə Quliyeva (100 m / 200 m / 400 m məsafəyə qaçış), Cavid Məmmədov 400 m / 400 m məsafəyə maneələrlə qaçış / 4x400m), Elman Abışov, Anna Yusupova (hər ikisi 5000 m / 1500 m / 800 m məsafəyə qaçış), Aleksey Əliəkbərov, Əli Abdiyev, Qadir Qurbanov (hamısı 4×100 m məsafəyə estafet qaçışı) qüvvəsini sınayacaq.
Xatırladaq ki, iyunun 21-dən iyulun 2-dək təşkil olunacaq 3-cü Avropa oyunlarında atletika yarışları iyunun 20-dən 25-ə kimi keçiriləcək. Ümumilikdə 37 dəst medal sahiblərini tapacaq.