“Sumqayıt” daha 3 futbolçusu ilə yolları ayırıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Terrens Tisdell, Karim Abubakar və Dieqo Karioka ilə “Sumqayıt” arasında imzalanmış müqavilənin müddəti başa çatıb. Sözləşmələr yenilənməyib.
“Sumqayıt”da daha öncə Aydın Bayramov, Süleyman Əhmədov və Rüfət Abdullazadə ilə də yollar ayrılmışdı.