Türkiyə Super Liqasında 2022/23 mövsümünə yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, 38-ci turun və mövsümün sonuncu oyun günündə 4 görüş baş tutub.
“Beşiktaş” – “Konyaspor” matçında qalib müəyyənləşməyib. Qonaqların heyətində ikinci hissədə meydana çıxan azərbaycanlı futbolçu Mahir Emreli bu oyunda qol vurub.
“Girəsunspor” “Antalyaspor”u, “İstanbulspor” “Ümraniyəspor”u məğlub yola salıb. Üç qolun qeydə alındığı “Ankaragücü” – “Adana Dəmirspor” matçında da qonaqlar qələbə qazanıblar.
Mövsüm 88 xal toplamış “Qalatasaray”ın çempionluğu ilə yekunlaşıb. “Fənərbaxça” 80 xalla ikinci, “Beşiktaş” 78 xalla üçüncü yeri tutub. Bu iki İstanbul klubu Avropa Liqasında mübarizə aparacaqlarsa, “Qalatasaray” Çempionlar Liqasında çıxış edəcək.
16-cı yeri tutan “Girəsunspor” (40 xal) və 17-ci olan “Ümraniyəspor” (30 xal) Super Liqanı tərk ediblər. Zəlzələdən sonra mövsümü yarıda saxlamış “Qaziantep” və “Hatayspor” 18 və 19-cu yerləri tutsalar da, elitada qalacaqlar.
Türkiyə Super Liqası
38-ci tur
6 iyun
Fatih Karagümrük – Kasımpaşa 3:0
Qol: Lobjanidze, 14. Diaqne, 67; 82.
Sivasspor – Kayserispor 1:1
Qol: C.Osmanpaşa, 10 – Uzodimma, 18.
Başakşəhər – Trabzonspor 3:1
Qol: D.Türüç, 34. E.Elmalı, 48-öz qapısına. Lima, 79 – Vişça, 62.
7 iyun
Ankaragücü – Adana Dəmirspor 1:2
Qol: Milson, 82 – Belhanda, 31. E.Akbaba, 57.
Beşiktaş – Konyaspor 3:3
Qol: J.Fernandes, 6. Muleka, 41. T.Bingöl, 62 – O.Ülgün, 45+2. M.Emreli, 47. Posuelo, 51.
Girəsunspor – Antalyaspor 2:0
Qol: Bayiç, 17-pen. Saynts, 59.
İstanbulspor – Ümraniyəspor 4:0
Qol: J.Topallı, 45. Roka, 61. M.Sarıkaya, 90+4. Eze, 90+7.