“Qəbələ”nin braziliyalı yarımmüdafiəçisi Felipe Santosun futbolinfo.az saytına müsahibəsi

– Mövsümü “Qəbələ” üçün necə dəyərləndirirsiniz?

– Bizim üçün ideal mövsüm keçdi. Premyer Liqadan Konfrans Liqasına vəsiqə əldə etdik, Azərbaycan Kubokunu qazandıq.

– Yəni bu, komandanın gücünün maksimumu idi, yoxsa daha yaxşısıni etmək olardı?

– Məncə, qələbə qazanmalı olduğumuz oyunlarda çox xallar itirdik. Ən azı mövsümün sonuna 5 tur qalmışdan avrokuboklara vəsiqəni təmin etməli idik. Üstəlik, çempionatda 3-cü yeri tutmalı idik.

– Hansı oyunlardakı xal itkilərinə görə daha çox məyus oldunuz?

– Belə matç çox oldu. “Sabah”la görüşdə üç dəqiqə ərzində iki qol buraxdıq. Həmçinin “Neftçi” və “Qarabağ”la matçlarda da bənzər durumla üzləşdik. Ancaq hər şey qaydasındadır.

– “Qəbələ” növbəti mövsüm Konfrans Liqasına mübarizə aparacaq. Sizcə, komanda avrokuboklarda neçə mərhələ adlamaq gücündədir?

– Klubun yeni oyunçular transfer etməli olub-olmadığını bilmirəm. Çox şey ola bilər.

– “Qəbələ”nin əksər futbolçuları digər iddialı komandaların maraq dairəsindədir. Belə bir vəziyyətdə heyəti daha da gücləndirmək çətin olmayacaq?

– Əlbəttə ki, çətin olacaq. Əgər klub əsas heyət oyunçularını saxlamasa, növbəti mövsüm uğurlu nəticə əldə etmək çətin olacaq. Ancaq aparıcı futbolçularını itirib-itirməmək “Qəbələ” rəhbərliyinin öz əlindədir.

– Sizin də müqaviləniz bitir. Gələcəyinizlə bağlı qərarınızı vermisiniz?

– Hələ ki, heç bir danışığımız olmayıb. Buna görə də Azərbaycanda qalmağım çətin görünür.

– Adınız başda “Zirə” olmaqla, bir neçə klubla birgə hallanır. Dediyinizdən belə çıxır ki, Azərbaycanı tərk edəcəksiniz?

– Bu məlumatların haradan çıxdığını bilmirəm. Azərbaycandan heç bir klubla danışığım olmayıb. Hesab edirəm ki, Azərbaycan klubları kənarda qalan futbolçulara dəyər vermirlər. Burada olduğum iki il ərzində mümkün olan hər şeyi etdim. İndi isə gələcəyim barədə düşünməliyəm. Mənə dəyər vermirlərsə, deməli, getməliyəm.

FƏRİD

Shares: