AFFA-nın təşkilatçılığı ilə keçirilən U-13 Liqasında mövsümə yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, “Sabah”ın müvafiq yaş qrupundan ibarət komandası mövsümü çempion kimi başa vurub.
Liqanın həlledici oyununda “Neftçi”ni 2:0 hesabıyla məğlub edən Savalan Əlizadənin yetirmələri qızıl medallara sahib çıxıblar. Binə qəsəbə stadionunda keçirilən matçda “Sabah”ın qollarına Ülvi Əlizadə və Firdovsi Şeydayev imza atıblar.
Qeyd edək ki, son mövsümdə “Sabah” akademiyasının U-17 komandası qızıl, U-14 komandası isə gümüş medal qazanıb.