Məşhur basketbolçu Lebron Ceyms “Le-Manın 24 saatı” yarışına start verəcək. Bu barədə qurumun rəsmi internet portalı məlumat verib.

Yarış iyunun 10-11-də keçiriləcək. Qeyd edək ki, bu il avtoyürüşün 100 illiyidir.

“Belə bir mötəbər yarışı açmaq mənim üçün böyük bir şərəfdir. Bu, avtoidmanda tarixi bir hadisədir. İdman dünyasının ən vacib hadisələrindən birinin 100 illiyi münasibətilə bütün azarkeşləri təbrik edirəm”, – deyə “Los-Anceles Leykers”in ulduz basketbolçusu bildirib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp