“Kəpəz”lə müqaviləsi başa çatan gürcüstanlı futbolçu Giorgi Kantariya karyerasını Azərbaycanda başqa klubda davam etdirə bilər. Bu barədə futbolinfo.az-a 26 yaşlı yarımmüdafiəçinin özü məlumat verib.

O bildirib ki, “Kəpəz”də qalacağı ilə bağlı əminlik yoxdur: “Bir çox təklif var. Azərbaycanda “Kəpəz”dən başqa klublardan da dəvət almışam. Həmçinin Qazaxıstan və Gürcüstandan da təklifim var. Klubların adını çəkə bilməsəm də, danışıqların yaxın zamanlarda yekunlaşacağına inanıram”.

Qeyd edək ki, Giorgi Kantariya 2022-ci ilin yayından “Kəpəz”də çıxış edib.

Shares: