Son mövsümü “Konyaspor”da keçirən Azərbaycan millisinin forvardı Mahir Emreli yenidən Zaqreb “Dinamo”suna dönəcək. Bu barədə futbolçu özü paylaşım etmişdi.
Futbolçunun anası Elnurə Emreli də futbolinfo.az-a açıqlamasında xəbəri təsdiqləyib. O bildirib ki, Mahir hazırda yığmaya qoşulmaq üçün Bakıya gəlir. Ondan sonra isə Xorvatiya klubuna qayıdacaq: “Karyerası ilə bağlı hələ ki, başqa yenilik yoxdur”.
Xatırladaq ki, müqavilə ilə Xorvatiya klubuna məxsus olan Mahir “Konyaspor”da icarədə idi. Türkiyə klubunun onu birdəfəlik almaq ehtimalı var. Lakin Zaqrebdə məşqçi dəyişikliyindən son millimizin üzvünün “Dinamo”da qalmaq variantı da yaranıb.