Mateo Kovaçiç iş yerini dəyişmək ehtimalı ilə bağlı danışıb. “Çelsi”dən ayrılması gözlənilən xorvat yarımmüdafiəçi belə variantı təkzib etməyib.
Londonlularla hələ bir illik müqaviləsi qalan oyunçu deyib: “Bizim üçün çox pis mövsüm alındı. Mənim buradakı 5 ilim ərzində ən çətin vaxtlar idi. Gedişat klubla vidalaşacağımı göstərir. Nə olacağına baxacağıq. Hələlik milli komandanın heyətində Millətlər Liqası matçlarına köklənmişəm”.
Kovaçiç transfer olunacağı gözlənilən “Mançester Siti” barədə də danışıb: “Avropanın ən yaxşı komandalarından biridir. “Şəhərlilər” Çempionlar Liqasının finalına vəsiqə qazanmağa layiq idi. Mənə gəlincə, necə olacağını bilmirəm. Yay uzundur və qərar verməyə vaxt olacaq. “Çelsi”ni çox sevirəm, şəhər və azarkeşləri möhtəşəmdir. Amma bəzən nələrisə dəyişmək lazım olur”.