“Qarabağ”ın akademiya koordinatoru Tacettin Doğan klubdan ayrılıb. Bu barədə Ağdam təmsilçinin mətbuat xidməti məlumat yayıb.

Futbolinfo.az xəbər verir ki, Doğanın klubla müqavilə müddəti başa çatıb. “Qarabağ” ona göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Türkiyəli tanınmış məşqçi Ziya Doğanın qardaşı olan Tacettin Doğan 2019-cu ildən “Qarabağ”da işləyirdi. O, klubda uşaq futboluna əsas cavabdeh şəxs idi.

Artıq onun əvəzləyicisi də bəllidir. Əldə etdiyimiz məlumata görə, “Səbail”in sabiq baş məşqçisi Aftandil Hacıyev bu posta təyin olunacaq.

Aftandil Haciyev 2 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp