“Səbail” futbolçusu Nihad Qurbanlı ilə yolları ayırıb. Oyunçu ilə mövsümün sonunda başa çatan müqavilə yenilənməyib.

Bununla da mövsüm başa çatdıqdan sonra “Səbail”in yolları ayırdığı futbolçuların sayı 9-a çatıb. “Dənizçilər” bundan əvvəl Luvaqa Krizito, Qustavo de Fransa, Qoba Zakpa, Franko Mazurek, Petro Stasyuk, Emil Martinov, Ruslan Hacıyev və Mirabdulla Abbasovla yolları ayırıb.

Qeyd edək ki, Qurbanlı ötən ilin sentyabrında Bakı təmsilçisinə transfer olunmuşdu. O, 2022/2023 mövsümündə meydana çıxdığı 15 oyunda 1 qol ötürməsi verib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp