“Liverpul” “Brayton”un futbolçusu Aleksis Mak Allisterin transferini rəsmiləşdirib. 24 yaşlı yarımmüdafiəçi ilə 2028-ci ilin yayınadək müqavilə imzalanıb.
Futbolinfo.az xəbər verir ki, Mak Allister yeni klubunda 10 nömrəli forma geyinəcək. Onun keçidi 40,7 milyon avroya tamamlanıb.
Aleksis 2022/2023 mövsümündə “Brayton”da 40 oyunda 12 qol vurub və 3 qolun ötürməsini verib. O, ötən ilin dekabrında Argentina millisinin heyətində dünya çempionu olub.