Lionel Messinin “İnter Mayami”yə keçidi MLS-də bilet qiymətlərinə də təsir edib. Onun debüt edəcəyi matça gəlmək istəyənlər əvvəlkindən onqat artıq xərcə düşəcək.
Futbolinfo.az ESPN-ə istinadla xəbər verir ki, argentinalının “İnter Mayami” formasında meydana çıxacağı ilk oyun iyulun 21-ə təsadüf edəcək. Fort-Loderdeyldə Liqa Kuboku çərşivəsində keçiriləcək oyunda rəqib Meksika təmsilçisi “Krus Asul” olacaq.
İyunun 6-da bu oyuna ən ucuz bilet 29 dollar idi, Messinin “İnter Mayami”yə keçidinin açıqlanmasından sonra isə 329 dollara qalxıb. Ümumiyyətlə, sözügedən matça biletlərin ümumi qiyməti iki gün öncəyədək 122, bu gün 373 dollar təşkil edir.