Final mərhələsi 2024-cü ildə keçiriləcək futzal üzrə dünya çempionatının elit-raund mərhələsinin bu gün püşkü atılıb.

Futbolinfo.az xəbər verir ki, A qrupunda yer alan millimiz Qazaxıstan, Rumıniya və Niderland komandaları ilə qarşılaşacaq.

Bu mərhələnin oyunları dekabrın 20-dək yekunlaşacaq. 

Komandamız elit-raunda səfər oyunu ilə başlayacaq və yekun nöqtəni də rəqib zalında qoyacaq.

Qeyd edək ki, Avropa zonasına 7 yer ayrıldığına görə, qrup qalibləri (5 komanda) final mərhələsinə birbaşa vəsiqə qazanacaq. Ən yaxşı göstəriciyə malik 4 “ikinci” pley-off oyunlarında iştirak edəcək və qalib gələn 2 milli də final mərhələsində gücünü sınayacaq.

A qrupu
Qazaxıstan
Rumıniya
Azərbaycan
Niderland

B qrupu
Ukrayna
Polşa
Serbiya
Belçika

C qrupu
Xorvatiya
Slovakiya
Fransa
Almaniya

D qrupu
İspaniya
İtaliya
Sloveniya
Çexiya


E qrupu
Portuqaliya
Gürcüstan
Ermənistan
Finlandiya

Elit-raund mərhələsinin oyunları 3 ay ərzində keçiriləcək. Tarixlər bu şəkildə müəyyənləşdirilib:

11-20 sentyabr
2-11 oktyabr
11-20 dekabr

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp