İyunun 9-dan 11-dək Bakıda, 12-dən 21-dək isə Qəbələ şəhərində təlim-məşq toplanışı keçirəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik olub.

Futbolinfo.az xəbər verir ki, Raul Hacıyevin (“Rustavi”, Gürcüstan) əvəzinə “Sabah” klubunun üzvü Həmzəalı Mikayılov heyətə dəvət edilib.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Shares: