“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfın vəziyyəti keçmiş həyat yoldaşı Anamariya Prodanla barışdıqdan sonra həyatı normala dönür. Prodan 15 ildən çox bir yerdə yaşadığı mütəxəssislə artıq ortaq qərarlar verdiklərini açıqlayıb.
Futbol meneceri hətta 14 yaşı olan oğlanları – atasının ad-soyadını daşıyan “Bebeto” ləqəbli övladlarının ABŞ-a köçmək məsələsini də Regekampfla müzakirə etdiklərini bildirib. Onun sözlərinə görə, valideynləri Bebetonu ABŞ-dakı futbol akademiyalarından birinə yazdırmaq qərarına gəliblər.
Qeyd edək ki, Regekampf ötən ildən “Neftçi”yə rəhbərlik edir.