Fransada keçirilən “Roland Garros” turnirində qadınların mübarizəsi sona çatmaq üzrədir. Dünən baş tutan yarımfinal oyunlarından sonra finala çıxan tennisçilərin adları məlum olub.

İlk olaraq korta Arina Sobolenko ilə Karolina Muxova çıxıblar. Avstraliyada titul qazanan belaruslu Sobolenko ilk setdə tay-brekdə məğlub olub. İkinci setdə isə eyni qaydada qələbə qazanıb. Həlledici setdə 5:4 hesabı ilə öndə olan Arina matçbol da əldə edib. Lakin çexiyalı tennisçi bu vəziyyətdən çıxmağı bacarıb, ardınca isə iki geymdə üstün olaraq finala adlayıb. Bu, çex tennisçinin karyerasında ilk final olacaq.

Digər yarımfinal oyunu iki set davam edib. Braziliyalı Hadda Mayya üçün İqa Şvyonteki məğlub etmək mümkünsüz olub. Polyak qalib gələrək son 4 idə 3-cü dəfə “Roland Garros”da finala yüksəlib – 6:2, 7:6.

Shares: