Argentinada futbol üzrə 20 yaşlılar arasında dünya çempionatı sona yaxınlaşmaq üzrədir. Yarımfinal oyunlarından sonra finalçıların adları məlum olub.

İlk olaraq Uruqvay və İsrail komandaları qarşılaşıb. Görüşün taleyi bir qolla həll edilib. 61-ci dəqiqədə Duarte Da Silvanın vurduğu qol Uruqvay millisini final yüksəldib.

Qeyd edək ki, İsrail komandasının heyətində vaxtilə Türkiyənin “Fənərbağça” və “Qalatasaray” komandalarında çıxış etmiş Haim Revivonun oğlu Roy Revivo da olub.

Digər yarımfinalda İtaliya millisi Cənubi Koreyadan üstün olub – 2:1. Görüşün 14-cü dəqiqəsində italiyalı müdafiəçi Kazadei hesabı açıb. 9 dəqiqə sonra Li penaltidən tarazlığı bərpa edib. Matçın başa çatmasına 4 dəqiqə qalmış isə Pafundi İtaliya millisinə qələbə qazandıran qolu vurub.

Beləliklə də, bazar günündən bazar ertəsinə keçən gecə Uruqvay və İtaliya milli komandaları dünya çempionatının finalında qarşılaşacaq.

Shares: