Türkiyəli iş adamı Acun Ilıcalı İrlandiyanın “Şelburn” futbol klubunun səhmlərinin çox hissəsini alıb.

Futbolinfo.az xəbər verir ki, funksioner bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O, hədəflərinin avrokuboklara vəsiqə qazanmaq, uğurlar əldə etmək və bir neçə istedadlı oyunçunu dünya futboluna qazandırmaq olduğunu vurğulayıb. Acun İrlandiya futboluna, klubun potensialına və azarkeşlərə tam inandıqlarını diqqətə çatdırıb.

Xatırladaq ki, türkiyəli iş adamı İngiltərənin “Hall Siti” klubunun da sahibidir.

Shares: