Almaniyanın “Bayern” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, ölkə çempionu son olaraq “Leypsiq”də çıxış edən Konrad Laymeri heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı avstriyalı yarımmüdafiəçi ilə dörd illik müqavilə imzalanıb.

Xatırladaq ki, Konrad Laymer Avstriya millisinin də üzvüdür. O, 2017-ci ildən “Leypsiq”də çıxış edirdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp