“Qızıl top” mükafatının təqdim edilmə mərasiminin tarixi bəlli olub.

Fransanın “France Football” jurnalı 2022/2023 mövsümünün ən yaxşı futbolçusunun adını oktyabrın 30-da Parisdəki “Chatelet” teatrında açıqlayacaq. Nominantların adları isə sentyabrın 6-da elan ediləcək.

Xatırladaq ki, keçən il ən yaxşı futbolçu adına Fransa millisinin üzvü Kərim Benzema layiq görülmüşdü. Bu il isə laureatın Lionel Messi və yaxud Erlinq Haland olacağı gözlənilir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp