“Red Bull” sürücüsü Maks Ferstappen Fernando Alonsonun Lüis Həmiltondan daha ağıllı pilot olduğunu bildirib.

“Fortmula 1-də böyük işlər görməklə yanaşı digər şeylər haqqında düşünmək böyük üstünlükdür. Belə şeylər məşqlə qazanılmır. Yalnız bir neçə pilotda bunu görmək mümkündür. Əlbəttə ki, mən bunu deyərkən Fernando Alonsonu nəzərdə tuturam. O, həm maşını idarə edir, həm də xırda şeylərə fikir verir. Mən bunu yarış zamanı hiss edirəm.

Lüis Həmiltonun adını çəkmədim. Çünki Fernando bu mənada ondan güclüdür. Bu sözlərimə görə insanlar məni qınaya bilərlər. Lakin mən bunu məhz belə görürəm”, – deyə ikiqat dünya çempionu müsahibəsində qeyd edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp