“İnter”in prezidenti Stiven Cjan kluba yeni stadion tikmək niyyətlərinin olmadığını bildirib. Çinli biznesmen səbəbləri də açıqlayıb.

Futbolinfo.az xənər verir ki, prezident bunu eyni stadionu bölüşdükləri “Milan”a bağlayıb: “Yeni stadion inşa etmək niyyətimiz var idi. Bunu “Milan”la razılaşmışdıq. Lakin ötən müddətdə sözügedən klubun 4 sahibi dəyişdi və eyni sayda da fikir oldu. Bu üzdən stadion məsələsi hələlik aktual deyil”.

Xatırladaq ki, Milan klubları eyni stadionun xidmətindən istifadə edir. Şəhərin eyniadlı komandasının oyunlarında “San Siro”, “İnter” oynayarkən “Cüzeppe Meatsa” kimi adlanan arenanın yenilənməsi illərdir problemə çevrilib.

Shares: