Ahmed Ayzayanın harada oynayacağı bəlli deyil. “Kəpəz”lə bitən müqaviləsini yeniləməyən 24 yaşlı yarımmüdafiəçi seçim edir.
Futbolinfo.az xəbər verir ki, İsnik Alimini heyətində saxlaya bilməyən “Qəbələ” nigeriyalının transferində maraqlıdır. Amma onun illik 90 min dollar tələbi bölgə təmsilçisini çəkindirir. “Zirə”dən də eyni məbləği tələb edən oyunçu klubların qərarını gözləyir.
Aliminin “Qəbələ”də qalmaq ehtimalı isə çox azdır. İllik 180 min dollar istəyən futbolçu çox güman ki, Azərbaycanda qalmayacaq. Futbolçu güzəştə getmədiyindən danışıqlar dayandırılıb.