“Səbail” klubu daha bir futbolçusu ilə vidalaşıb.

Futbolinfo.az xəbər verir ki, “dənizçilər” Maksim Çex ilə yollarını ayırmaq barədə qərar qəbul edib.

Ukraynanın “Şaxtyor” (Donetsk) komandasına məxsus olan oyunçu ilə mövsümün sonunda başa çatan icarə müqaviləsinin müddəti yenilənməyib.

Xatırladaq ki, “Səbail” daha əvvəl Turan Manafov, Nihad Qurbanlı, Mirabdulla Abbasov, Emil Martinov, Ruslan Hacıyev, Petro Stasyuk, Franko Mazurek, Luvaqa Kizito, Qustavo de Fransa və Qoba Zakpa ilə də yollarını ayırıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp