İspaniyanın “Real” klubu heyətinə futbolçu cəlb edib.

Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisi “Rayo Valyekano”dan Fran Qarsiyanı transfer edib.

“Kral klubu”nun yetirməsi olan 24 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xatırladaq ki, Fran Qarsiya 2020-ci ildən “Rayo Valyekano”da çıxış edirdi. Sol cinah müdafiəçisinin uğurlu çıxışı Madrid təmsilçisini sabiq oyunçusunu geri qaytarmağa məcbur edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp