Almaniyanın “Verder” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Bundesliqa təmsilçisi İngiltərənin “Liverpul” klubundan azad agent kimi ayrılan Nəbi Keytanı heyətinə qatıb.
Qvineyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
Keyta “Liverpul”a 2018-ci ildə Almaniyanın digər klubu “Leypsiq”dən keçmişdi. 28 yaşlı futbolçu daha öncə “Zalsburq” və “İstr” kimi klublarda da oynayıb. O, Qvineya millisində də 52 oyuna 12 qol vurub.