Türkiyənin ən böyük şəhəri ikinci dəfə Çempionlar liqasının finalını qəbul edir. Meydana çıxacaq komandalar yenə də İngiltərə və İtaliya təmsilçiləridir. Şəhər finalı 3 ildir ki, gözləyir. 2020-ci ildə pandemiya buna imkan vermədi. Növbəti il karantinin çətinliyi finalın yerinin dəyişdirilməsi ilə nəticələndi. Əslində bu il də final baş tutmaya bilərdi. Yayılan şayiələrə görə Türkiyədəki seçkilərə görə UEFA oyunun yerini dəyişdirmək istəyir. Lakin xoşbəxtlikdən bu şayiə olaraq da qaldı.

3aafc33f f0e6 4d8a a8f2 090f62edd8ed - Futbolinfo.az

Bu gün futbol azarkeşləri bir çox final oyunlarını unutsalar da, 2005-ci ildəki qarşılaşmanı yaxşı xaırlayırlar. Çünki , həmin oyunda finallar tarixinin ən böyük geri dönüşü olub. “Milan”la “Liverpul”un qarşılaşmasında ilk hissədən sonra 0:3 hesabı ilə geridə olan ingilislər 15 dəqiqəyə 3 top vuraraq tarazlığı bərpa etdilər və penalti seriyasında qələbə qazandılar. Həmin tarixi hadisəni yaşayan insanlardan biri budəfəki finalda da oyunçular siyahısında var. O vaxt “Liverpul”un ehtiyat qapıçısı olan Skot Karson indi “Mançester Siti”nin şərəfini qoruyur.

1c482a6a a900 4727 8969 e9ac1e9b1dd9 - Futbolinfo.az

Maraqlıdır ki, bu günə qədər “Mançester Siti” ilə “İnter” heç vaxt qarşılaşmayıb. Onların ilk rəsmi qarşıdurması finalda olacaq. İndiyədək belə bir halın finala təsadüf etməsi yalnız bir dəfə baş verib. O da 2005-ci ildə olub. Digər bir maraqlı paralel də var. Həmin Çempionlar Liqası turnirində də “İnter” – “Milan” qarşılaşması baş tutmuşdu. Amma builkindən fərqli olaraq o vaxt mərhələ adlayan “Rossonyeri” olmuşdu.

05992d3b 3b4b 408e bc24 da447cac3a29 - Futbolinfo.az

Bu dəfə İstanbulda çempion olmaq istəyən Milanın digər komandasıdır. Sonuncu dəfə 2010-cu ildə Çempionlar Liqasını qazanan komanda üçün finalda oynamaq böyük nailiyyətdir. Dünya futbolunda pul baxımından klublar arasında yaranan uçurum İtaliya təmsilçilərinin xeyrinə deyil. Bu gün futbolçu bazarında İngiltərə klubları ilə rəqabət aparmaq üçün, ya gərək bütün Almaniyanın qaymaqlarını yığmaqda çətinlik çəkməyən “Bayern”, ya adı milyardlardan daha çox önəm daşıyan “Real” və “Barselona” olasan, ya da ərəb şeyxlərinin futbol adıyla siyasət yürütməsindən meydana çıxan səxavətindən faydalanan PSJ. Başqa digər hallarda Avropanın böyük futbol masasında sənə yer tapılmayacaq. 20 il əvvəl bu, elə də təhlükəli görünməsə də, hazırda futbolda əsl imperializmin mövcudluğunu danmaq mümkün deyil. İngiltərədə çempion olan komandaya liqa tərəfindən 200 milyon dollar pul ödənilir. Dünya klublarının 99%-ində illik büdcə heç belə deyil. Bu cür vəziyyətdə əlbəttə ki, onlarla rəqabət aparmaq çətindir. Lakin azarkeşləri ümidləndirən hal odur ki, futbolda hər zaman pul qalib olmur. Hərçənd ki, son zamanlar demək olar ki, böyük büdcənin həlledici olduğunu görürük. Doğrudur, Qətər pulları ilə PSJ Avropada uğur qazanmayıb. Amma qonşu dövlət BƏƏ-nin “Mançester Siti”yə buraxdğı pulların qarşılığı daha təsirli olub. Çempionlar Liqasında arzu edilən kubok qazanılmasa da, hər halda İngiltərə çempionu olmaqla Fransa çempionu olmaq eyni şey deyil.

6b773a78 058f 4579 91fa 774a2f0f8b2d - Futbolinfo.az

Bütün sadalananlardan ən çox əziyyət çəkən İtaliya klublarıdır. İki əsrin kəsişdiyi illərdə Avropanın ən güclü klubları məhz İtaliyada idi. Həmin illərdə İtaliya komandası olmayan finalı təsəvvür etmək mümkün deyildi. İndi isə final bu ölkə üçün artıq bayramdır. Bu baxımdan “İnter”in artıq başından hündürə tullandığını söyləmək olar. Bir neçə ay əvvəl baş məşqçini istefaya göndərməyə hazırlaşan rəhbərlik hazırda bir qədər səbrli olmağının xeyrini görür. Ölkəsində ən güclü heyətə malik olmasına baxmayaraq, çempionluq yarışından uzaq olan komanda ÇL-in finalına yüksəlməklə bütün uğursuzluqları unutdurub. Artıq İnzaqinin istefasından söhbət belə gedə bilməz. Finalın nəticəsindən asılı olmayaraq, mütəxəssis ən azı bir neçə mövsümlüyünə “İnter”də işini qoruya biləcək. Əlbəttə ki, əgər hansısa ingilis nəhəngindən təklif gəlməzsə.

dcd4c18b 8c11 4fd7 864d a481efd714a1 - Futbolinfo.az

Bu gün “İnter” azarkeşlərindən başqa əkəriyyət finalda ingilislərin qələbəsini proqnozlaşdırır. Həqiqətən də, hazırda “Mançester Siti” dünya futbolunda gücünə görə bir nömrədir. Finaldakı nəticədən asılı olmayaraq, onların hamıdan üstün olduğunda çoxlarının şübhəsi yoxdur. Elə Madrid “Real”ına qarşı evdə keçirdikləri oyunu yada salmaq kifayətdir. Həmin gün MS-nin futbolu etalona yaxın idi.

99099049 dc50 402d b62c 63a669d14083 - Futbolinfo.az



Amma finalların gözəlliyi onların gözlənilməzliyindədir. Bir oyunda qanunauyğunluqlar işləməyə də bilər. Qvardiolanın komandası nə qədər güclü olsa da, onun da qarşısını almaq üçün üsullar var. Nəzərə almaq lazımdır ki, “İnter”in bu mənada xüsusi təcrübəsi də var. Yaxın keçmişdə onlar Pepin “Barselona”sını da dayandırmağı bacarıblar. 2010-cu ildə liqanı qazandıqları mövsümdə yarımfinalda rəqib məhz Katalon klubu idi. Sneyder, Pandev, Milito, Eto`O, Kambiyasso kimi ulduzları olmasına baxmayaraq, “Barselona”nı keçmək böyük bir hadisə sayılırdı. Mourinyonun rəhbərlik etdiyi komanda iki oyunun nəticəsinə görə 20-ci əsrin ən güclü komandalarından birini mübarizədən kənarda qoydu. Dünya çempionatı ilində, əsasən “Barsa”lı futbolçulardan qurulmuş İspaniya millisinin iki ay sonra mundialı qazanacağını da xatırlatsaq, milanlıların nailiyyətinin əzəmətini bir qədər də artırmış olarıq. Doğrudur, ilk oyunda 1:3 hesablı məğlubiyyətə səbəb ola biləcək bəzi amilləri yaddan çıxarmamalıyıq. İlk növbədə İslandiyadakı vulkan səbəbilə aviareyslərin təxirə salınmasına görə “Barselona”nın bir sutka avtobusla Milana yollandığını, komandanın hər zaman xilaskarı olan Andres İnsyestanın yoxluğunu, Militonun ofsayddan 3-cü qolu vurmasnı, Sneyderin Alvesi yıxmasına görə penaltinin təyin edilməməsini hər kəs xatırlayır. Lakin bütün bunların müqabilinidə səfərdə uzun müddət azlıqda oynayaraq “Barselona”ya istədiyinə nail olmağa imkan verməmək də qiymətləndirilməlidir.

af7296c9 13f8 47a2 8f4d 60379813e98f - Futbolinfo.az

“İnter” Qvardiola futbolunun qarşısını almaq təcrübəsinə malikdir. Ancaq etiraf etmək lazımdır ki, bu gün nə İtaliya klubunun baş məşqçisi Joze Mourinyodır, nə də Qvardiolanın futbolu həmn futboldur. Bu gün Pepin oynatdığı futbol daha cəlbedici və sürətlidir. O zamanın “Barselona”sını çoxları məhz tiki-takasına görə sevmirdilər. Bunu heç Pep də sevmirdi və sevmədiyini də bir neçə dəfə dilə gətirmişdi. Bu gün “Mançester Siti” nəhəng mərkəz forvardı Halandın hər oyunda bir neçə qol imkanı əldə etdiyi, İlkay Gündoğanın rəqiblərin gözləmədiyi halda qol vurduğu, Bernando Silvanın bəstəboy olmasına baxmayaraq, fərqləndiyi, Kevin De Bröynenin baş məşqçiyə oyuna müdaxilə etdiyinə görə əsəbi halda “ağzını yum” qışqırdığı, Kayl Volkerin yaşına baxmayaraq Vinisius kimi sürətli futbolçuya çatıb ondan topu aldığı, heç vaxt meydanda zəkası ilə seçilməyən Con Stounzun iki mövqedə – həm müdafiəçi, həm də yarımmdüafiəçi kimi oynadığı bir komandadır.

17327f0c 5b12 437a a2a2 48b091162df8 - Futbolinfo.az

Digər tərəfi də tərifləmək olar. “İnter”də baş məşqçinin rəqibə uyğun olaraq xameleon kimi dəyişməsini, Lukaku və Lautaronun gözüyümlü anlaşmasını, dünya futbolunda hamıdan sürətli olan Bellanovanı, yarımmüdafiəçilərdən daha çox məhsuldar ötürmə edən Bastoni ilə Dimarkonu qeyd etmək olar.

361e8677 6ac0 4015 a438 5588ab4d76d3 - Futbolinfo.az

Bir sözlə futbol mövsümü bitir. Və sevindirici haldır ki, final çoxlarının proqnozlaşdırmadığı bir afişaya malikdir.

fe082a0a 6d9b 4fe3 9ccf 33cb68033bb0 - Futbolinfo.az
fb1dd1f5 0a2f 4bdd b420 a984fbc27e38 - Futbolinfo.az
b2178c12 12d0 4af0 bf50 e6a67bda7658 - Futbolinfo.az
3ac5b6de 4722 42f1 97eb 749c98dbcd23 - Futbolinfo.az
Shares: