Rusiyanın “Orenburq” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Türkiyənin “Altınordu” klubunun 19 yaşlı yarımmüdafiəçisi Emircan Gürlük ilə güclənib.

Tərəflər 3 illik müqaviləyə imza atıblar. “Orenburq”un bu keçidə görə “Altınordu”ya 1,2 milyon avro təzminat ödəyib.

Türkiyənin “Qalatasaray” klubunun yetirməsi olan Gürlük “Altınordu”ya keçənə qədər “Selimiye” komandasında da oynayıb. O, “Altınordu”nun əsas komandasına 61 oyuna 7 qol vurub.

Shares: