Fransa Futbol Federasiyasının (FFF) yeni prezidenti müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, bunadək müvəqqəti olaraq sözügedən vəzifəsini icra edən Filip Diallo qurumun rəhbəri kimi təsdiqlənib.
Bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb. Funksioner 2024-cü ilədək federasiyaya başçılıq edəcək.
Diallo Baş Assambleyasının bu gün keçirilən iclasında 91,26% səs toplayıb.
Xatırladaq ki, Fransa Futbol Federasiyasının keçmiş prezidenti Noel Le Qrey bu ilin əvvəlində istefaya göndərilib.