Madrid “Real”ı “Milan”da icarədə olan yarımmüdafiəçisi Braim Diası geri qaytarıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
İspaniya yığmasının üzvü üç illik icarədən sonra Madridə qayıdaraq Madrid klubu ilə müqaviləsinin müddətini 2027-ci ilə qədər uzadıb.
Mərakeş əsilli yarımmüdafiəçi geridə qalmış mövsümdə “Milan”da 45 oyuna 7 qol vurub.
“Real” Brahimi 2019-cu ildə “Mançester Siti”dən transfer edib.