Türkiyə yığmasının yarımmüdafiəçisi Orkun Kökçü Niderlandın “Feyenoord” klubundan ayrılıb.
Futbolinfo.az xəbər verir ki, 22 yaşlı futbolçu Portuqaliyanın “Benfika” klubuna transfer olunub.
Orkunun transferi “Benfika”ya 25 milyon avroya başa gəlib. Futbolçu yeni klubu ilə 5 illik müqavilə imzalayıb.
Orkun 2018-ci ildən “Feyenoord”un əsas komandasında çıxış edirdi. O, bu komandada 175 oyuna 32 qol vurub. Rotterdam təmsilçisinin kapitanı geridə qalan mövsümdə bu komanda ilə Niderland çempionu olub. Orkun Türkiyə millisində də 20 oyun keçririb, 2 qol vurub.
Xatırladaq ki, Orkun Azərbaycan millisində və “Eyndhoven”də forma geyinən Ozan Can Kökçünün qardaşıdır.