İngiltərənin “Mançester Siti” klubu İtaliya “İnter”inə qarşı UEFA Çempionlar Liqasının final oyununda ciddi itki ilə üzləşib.
Futbolinfo.az xəbər verir ki, “şəhərlilər”in yarımmüdafiəçisi Kevin De Bröyne zədələnib.
Əzələsi dartılan belçikalı futbolçu 36-cı dəqiqədə Fil Fodenlə əvəzlənib.
Hazırda ikinci hissəsi oynanılan matçda hesab açılmayıb.
Xatırladaq ki, Kevin De Bröyne 2 il öncə “Çelsi”yə qarşı keçirdikləri Çempionlar Liqasının final matçında da zədələnərək meydanı vaxtından əvvəl tərk etmişdi. O zaman belçikalı futbolçunun komandası 0:1 hesabıyla uduzaraq ikinci yerlə kifayətlənmişdi.