Mingəçevirdə kikboksinq üzrə açıq şəhər birinciliyi keçirilib.
Futbolinfo.az xəbər verir ki, yarışda ölkənin 15 şəhər və rayonundan 24 komanda və ümumilikdə 300- dən artıq idmançı iştirak edib.
Maraqlı idman mübarizəsi şəraitində keçən birincilik iki gün davam edib. Sonda ilk üç yeri tutan idmançılar medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Qeyd edək ki, yarışın qalibləri Azərbaycan çempionatında iştirak etmək hüququ əldə ediblər.
Bəhruz Musayev, Mingəçevir