Bu ilin əvvəlində baş vermiş dəhşətli zəlzələdən sonra Türkiyə Super Liqasındakı çıxışını müvəqqəti dayandırdığını elan etmiş “Hatayspor” klubu yeddi futbolçusu ilə yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Belə ki, Kevin Varqa, Kaan Kanak, Məhəmməd Mert, Onur Ergün, Ayub Əl-Kaabi, Dilan Sen-Lui və Kevin Soni ilə müqavilələrə qarşılıqlı razılıq əsasında xitam verilib. Onların hər birinə xidmətlərinə görə təşəkkür edilib, gələcək karyeralarında uğurlar arzulanıb.
Xatırladaq ki, “Hatayspor” geridə qalan mövsümdə Super Liqanı 19 iştirakçı arasında sonuncu pillədə başa vurmasına baxmayaraq, yeni mövsümdən elitada mübarizəni davam etdirəcək.