Türkiyənin “Fatih Karagümrük” klubunda iki futbolçu mövsüm bitən kimi komandanı tərk edib.

Futbolinfo.az xəbər verir ki, bunlar Fabio Borini ilə Mbaye Diaqnedir.

Onlar mövsümün sonuna qədər olan müqavilələrini yeniləməməyə qərar veriblər.

Borini 2021-ci ildən qoşulduğu “Fatih Karagümrük”də 75 oyuna 36 qol vurub. Diaqne isə ötən mövsümün əvvəlindən çıxış etdiyi bu komandada 35 matça çıxıb, 25 qol vurub.

Shares: