“Kəpəz” daha daha bir legioner futbolçusu ilə vidalaşıb.
Futbolinfo.az xəbər verir ki, gürcü futbolçu Giorgi Kantariya sosial şəbəkə hesabında “Kəpəz”lə yollarını ayırdığını bildirib.
O, “instaqram”da “goodbye “Kapaz” yazaraq, Gəncə klubundan ayrıldığına işarə vurub.
“Zuqdidi”, “Neman” və “Telavi”də oynamış yarımmüdafiəçi ötən yay “Kəpəz”lə müqavilə imzalamışdı.