Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən UEFA Çempionlar Liqasının (ÇL) final oyunundan razı qalıb.

Futbolinfo.az xəbər verir ki, ölkə rəhbəri bu barədə “tvitter” hesabında yazıb:

“Mançester Siti” klubunu Türkiyənin göz bəbəyi və sivilizasiyaların beşiyi olan İstanbulda, Atatürk Olimpiya Stadionunda keçirilən, dünyanın ən böyük idman yarışlarından biri olan Çempionlar Liqasının finalında qalib gəlməsi münasibətilə təbrik etmək istərdim.

Türkiyənin qonaqpərvərliyini bir daha təsdiqləyən və bu möhtəşəm tədbirin rahat və uğurla keçirilməsində əməyi olan hər kəsə təşəkkürümü bildirirəm”.

“Mançester Siti” finalda “İnter”i 1:0 hesabı ilə məğlub edərək, tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub.

Shares: