Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışı başa çatıb.

Futbolinfo.az xəbər verir ki, bu gün beşinci – sonuncu mərhələ keçirilib. Axırıncı raundda Beyləqan İcra Hakimiyyətinin qarşısından başlayan mübarizə Şuşa şəhərinin girişində yekunlaşıb.

İdmançılar bu istiqamət üzrə 132,2 km məsafə qət ediblər. Son yarışda finişə hamıdan tez çatan velosipedçi yenə italiyalı Emanuele Ansaloni olub. 2-3-cü yerlərdə Rumıniya millisinin üzvləri qərarlaşıblar. İkinci yeri Kristian Raileanu, üçüncülüyü isə Adi-Narçis Marçu tutub.

Son turda da liderliyi heç kimə verməyən Ansaloni “Əziz Şuşa” turnirinin ümumi qalibi adına yiyələnərək, sarı formanı özündə saxlayıb.

Azərbaycan millisinin idmançısı Samir Cəbrayılov bu dəfə də ən yaxşı dağ velosipedçisi olaraq, qırmızı formaya layiq görülüb. Komanda hesabında İtaliyanın “Team Technipes” klubu turniri birinciliklə yekunlaşdırıb.

“Əziz Şuşa” beynəlxalq velosiped yarışına iyunun 7-də Bakıda start verilmişdi.

Shares: