Lionel Messi Pekin aeroportunda həbs olunub. Buna səbəb olnun Çinə vizasız daxil olmağa cəhdi göstərilib.

Futbolinfo.az xəbər verir ki, İspaniya vətəndaşlığı da olan argentinalının sənədləri qısa müddətə qaydasına salınıb. O, təcili şəkildə viza alıb və ölkəyə buraxılıb.

Bu arada fırıldaqçılar Çində Argentina millisinin kapitanı ilə eksklüziv axşam keçirmək üçün 39 000 avro (təxminən 300 000 yuan) istəyirlər. Bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

Futbolçu Pekinə iyunun 10-da gəlib. Onun komandası iyunun 15-də yoldaşlıq görüşündə Avstraliya ilə qarşılaşacaq. Messinin Çinə gəlişindən sonra internetdə çoxlu şübhəli təkliflər, o cümlədən 650 avroluq stadion bileti, Argentina imzalı köynək, ön sırada oturacaqlar və oyunçu ilə fotoşəkil də daxil olmaqla fərdi VIP paketi ortaya çıxıb.

Çində keçiriləcək Argentina – Avstraliya matçının biletləri 620 avro qiymətinə təklif edilib. Biletlər satışa çıxarıldıqdan sonra qısa müddət ərzində satılıb. Polisin məlumatına görə, stadiona daxil olmaq üçün ödəniş qəbzi və şəxsiyyəti təsdiq edən sənəd tələb olunsa da, satıcılar biletləri ilkin qiymətdən üç dəfə artıq qiymətə onlayn satırlar.

Xatırladaq ki, mayın 7-də Lionel Messi Amerikanın İngiltərə millisinin sabiq kapitanı Devid Bekhemə məxsus “İnter Mayami” klubu ilə müqavilə imzaladığını açıqlayıb. Üçillik müqavilənin rəsmi olaraq iyulun 1-də imzalanması gözlənilir.

Shares: