“Şamaxı” rəhbərliyi I Divizionda oynayacaqları ilə barışıb. AFFA-dan güzəşt vədi almayan bölgə klubu artıq yeni mövsümün planlarını cızır.
Futbolinfo.az xəbər verir ki, klub rəhbərliyi Cavid Hüseynovla yola davam etmək istəmir. Əslində, baş məşqçi olan, lakin PRO kateqoriyası olmadığından adı köməkçi kimi göstərilən sabiq futbolçu rəhbərliyin tələb etdiyi bəzi islahatlara qol qoymayaraq postundan ayrılıb.
Köməkçinin istefa verdiyi komandada baş məşqçi postunda qalıb. Vüqar Əsgərl işini davam etdirmək qərarına gəlib. O, yeni mövsümdə “Şamaxı”nı Premyer Liqaya qaytarmağa çalışacaq. Məşqçiyə bu vəzifəni yerinə yetirmək üçün yaxşı büdcə ayrılıb. Bütün Divizion klublarına 300 min manat vəsait ödənilirsə, bölgə təmsilçisinə əlavə 200 min manat da akademiyanın fəaliyyəti üçün ayrılacaq. Klubun himayədarları ümumi məbləği bir milyon manata çatdırmaqla klubun dağılmasının qarşısını alıb.
AFFA İcraiyyə Komitəsinin iyunun 16-dakı iclasında yekun qərar verildikdən sonra “Şamaxı” I Divizionla bağlı qərarlarını rəsmən açıqlayacaq.