“Sumqayıt” yeni qapıçı məşqçisi tapıb. 2 min manat maaşa razılaşmayan Etibar Tarıverdiyevi düşərgəyə qaytara bilməyən “kimyaçılar” başqasıyla anlaşıb.
Futbolinfo.az xəbər verir ki, son mövsümdə “Şamaxı”da işləyə Anar Niftəliyev yeni mövsümdə “Sumqayıt”da işləyəcək. Uzun illər “Zirə”də işləmiş təcrübəli mütəxəssis razılığa gəlib və tezliklə işə başlayacaq. Klub bu təyinatı artıq elan edib.
Xatırladaq ki, “Sumqayıt” mövsüm bitən kimi Emil Babayevlə vidalaşmışdı.