Kevin de Bruyne bir neçə ay yaşıl meydanlardan kənar qalacaq. Onun İngiltərə Premyer Liqasının startına kimi sağalmayacağı dəqiqdir.
Futbolinfo.az xəbər verir ki, belçikalıda üçüncü dərəcəli zələ yırtığı müəyyən edilib. Bu isə o deməkdir ki, yarımmüdafiəçi azı 2-3 ay zədəsinin sağaltmaqla məşğul olacaq. Premyer Liqada yeni mövsüm avqustun 12-də start götürəcək və Kevin yalnız bir neçə turdan sonra komandaya qoşula biləcək.
Belə olacağı təqdirdə Belçika millisinin lideri Bakıya da gəlməyəcək. Avro-2024-ün seçmə mərhələsində rəqibimiz olacaq Belçika yığması 4-cü tur çərçivəsində qonağımız olacaq. Yarımmüdafiəçinin sentyabrın 9-dakı həmin qarşılaşmaya kimi hazır olmayacağı gözlənilir.
Xatırladaq ki, de Bruyne ötən şənbə Çempionlar Liqasının finalında sıradan çıxıb. “Mançester Siti”nin üzvü “İnter”i məğlub edib (1:0) titul qazandıqları görüşün ilk yarısında zədələnərək əvəzlənmişdi.