“Kəpəz” yeni baş məşqçisi Azər Məmmədovla rəsmi müqavilə bağlayıb.

Futbolinfo.az xəbər verir ki, 47 yaşlı mütəxəssis 1+1 il müqaviləyə imza atıb.

Daha sonra Məmmədov ictimaiyyətə təqdim olunub. Təqdimat mərasimində klub rəhbərliyi, İdarə Heyətinin nümayəndələri və media əməkdaşları iştirak ediblər.

Qeyd edək ki, A.Məmmədov “sarı-göylər”in sükanı arxasında Tərlan Əhmədovu əvəzləyib.

Shares: