Misli Premyer Liqasının 2022/23 mövsümünün oyunlarını 17 baş hakim idarə edib.

Futbolinfo.az xəbər verir ki, onlardan üçü daha çox – hərəyə 16 matçda ədaləti qoruyub.

Mövsümün liderləri Əliyar Ağayev, Fərid Hacıyev və Tural Qurbanov olub.

Elçin Məsiyevlə Rəşad Əhmədov hərəyə 15, Rəvan Həmzəzadə 14 dəfə meydana baş hakim kimi çıxıb. 12 referi 10 və ya daha çox matçda söz sahibi olub. Üç hakim isə yalnız bir qarşılaşmanı idarə edib.

Bir mövsümdə 17 baş hakimin meydana çıxması son 12 ilin rekordudur. Daha yüksək göstərici sonuncu dəfə 2010/11 mövsümündə yaşanıb. Həmin vaxt 19 ədalət təmsilçisi baş hakim kimi təyinat alıb. Sonrakı mövsümlərdə bu rəqəm aşağı olub.

1-3Əliyar Ağayev16
Fərid Hacıyev16
Tural Qurbanov16
4-5Elçin Məsiyev15
Rəşad Əhmədov15
6Rəvan Həmzəzadə14
7-8İnqilab Məmmədov,13
Rauf Allahverdiyev13
9Rauf Cabarov12
10-11Cavid Cəlilov11
Kamal Umudlu11
12Nicat İsmayıllı10
13Kamranbəy Rəhimov8
14Vüqar Həsənli7
15-17Əli Əliyev1
Emin Əliyev1
Kamran Əliyev1
Shares: