Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Fransa çempionluğunu ən çox qazanan futbolçuların adlarını açıqlayıb.

Futbolinfo.az xəbər verir ki, siyahıya PSJ-nin yarımmüdafiəçisi Marko Verratti liderlik edir.

İtaliya millisinin üzvü geridə qalan mövsümdə 9-cu dəfə Liqa 1-in qalibi olmaqla yeni rekorda imza atıb.

Onun ən yaxın izləyicisi Braziliyadan olan komanda yoldaşı Markinyosdur – 8 dəfə.

Jan-Mişel Lark, Herve Revelli (hər ikisi “Sent-Etyen”), Qreqori Kupe, Sidney Qovu, Juninyo Pernambukano (hər üçü “Olimpik”, Lion), Tyaqo Silva və Presnel Kimpembe (hər ikisi PSJ) isə hərəyə 7 dəfə Fransa çempionu olmaqla 3-cü pilləni bölüşürlər.

Shares: