Bakıda Azərbaycan və Estoniya milli komandaları arasında keçiriləcək AÇ-2024-ün seçmə mərhələ oyunu üçün təyinatlar açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, qarşılaşma Çexiyadan olan hakimlər briqadasına həvalə olunub.

Baş hakim Andrey Berkaya laynsmanlar qismində İvo Nadvornik və Kamil Hayek yardımçı olacaq. Dördüncü hakim funksiyasını Dalibor Çerni yerinə yetirəcək.

Shares: